Sumqayıt şəhərində təlim maşını yanıb.

"Unikal" xəbər verir ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayeva Səbinə Siyavuş qızının idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın söndürülüb və ətraf maşınlara keçməsinin qarşısı alınıb.