Sumqayıt Dövlət Universitetinin tələbəsi xəstəxanada dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, o bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.