Malinin devrilmiş prezidenti istefa verdi
04:21 11-04-2012
CƏMİYYƏT
Malinin devrilmiş
prezidenti istefa verdi
Mart ayında devrilmiş Mali prezidenti Amadu Tumani Ture aprelin 8-i axşam saatlarında istefa verdiyini açıqlayıb. Xarici KİV-lərin məlumatına görə, Amadu Tumani Ture martın 22-də hakimiyyəti ələ keçirmiş hərbi qüvvələrlə danışıqlarda vasitəçilik edən Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin təmsilçisi, Burkina-Fasonun xarici işlər naziri Cibril Bassola istefası barədə yazılı bildiriş verib.
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin hazırladığı planda hərbi qüvvələrin hakimiyyəti sivil təsisatlara verməsi nəzərdə tutulur. Aprelin 6-da hərbi rejim bu planla razılaşıb. Malidə idarəçilik müvəqqəti olaraq parlamentə keçəcək.
Martın 22-də çevriliş edən hərbçilər konstitusiyanın qüvvədən düşdüyünü elan ediblər. Onlar prezidenti ölkənin şimalında separatçı rejim qurmuş tuareq tayfasına qarşı yumşaq davranmaqda günahlandırıblar. Hərbi çevrilişdən sonra şimal bölgəsində durum daha da pisləşib. Hazırda separatçıların ölkənin bir neçə iri şəhərinə tam nəzarət etdiyi xəbər verilir.
Digər Xəbərlər
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59
2024-11-22 11:53:03
2024-11-22 11:38:12
2024-11-22 11:24:00
2024-11-22 11:08:00
2024-11-22 10:39:39
2024-11-22 10:34:42
2024-11-22 09:47:56
2024-11-22 09:37:00
2024-11-22 09:12:46
2024-11-22 09:06:21
2024-11-22 09:04:05