Qaradağ rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, hadisə 18:00 radələrində, Lökbatan-Heybət avtomobil yolunda qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili “Toyota Prius”la toqquşub.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.