Abşeron rayonu Qobu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki,  sərnişin avtobusu başqa bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1974-cü il təvəllüdlü Sultanova Mehriban Nadir qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.