Bakıda daha bir "Prius"un nömrəsini dəyişdiyi iddia edilib. Belə ki, sosial şəbəkədə video yayan sürücü bildirib ki, 77-OU-472 dövlət "Prius"un sürücü deydiyyat nişanını 77-CJ-472 nömrəsinə dəyişib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli "Unikal"a açıqlamasında bildirib ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanına hər hansı müdaxilə olunmayıb:

"Həmin "Toyota Prius" markalı maşının dövlət qeydiyyat nişanı həqiqətən də 77-CJ-472-dir.

Sadəcə yayılan videoda dövlət qeydiyyat nişanına müdaxilə olunduğu barədə təəssürat yaranır".

Murad İbrahimli