Almaniyanın Saksoniya Anhalt vilayətinin Maqdeburq şəhərində Əmək, Sosial iş və Gender bərabərliyi üzrə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Xarici Cəmiyyət və Təşkilatlar Birliyinin (AGSA – Auslandsgesellschaft Sachsen Anhalt e.V) toplantısı  keçirilib.

"Unikal" xəbər verir ki, 50-dən artıq cəmiyyət və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda Maqdeburqda fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee Heydar Aliyev – WBCA) Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə namizədliyi irəli sürülüb. 

Təşkilat və cəmiyyət rəhbərlərinin hamısı Ulu Öndərin adını daşıyan Dünya Boks Komitəsinin lehinə səs verərək Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçiblər.