Dövlət İmtahan Mərkəzinin psixoloqları imtahana bir-iki gün qalmış onların hansı rejimdə işləmələrini məsləhət verirlər. Abituriyent imtahana bir-iki gün qalmış istirahət etməlidir və imtahan günü biliyinə uyğun nəticəni toplamalıdır.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM rəhbəri qeyd edib ki, bizdə ali məktəbə qəbul olmaq kifayət qədər sadədir, 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər.