Göyçayda yol qəzası baş verib, xəsarət alan var.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 215-ci kilometrliyində Göyçayın Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.