Rusiya nefti Qazaxıstan vasitəsilə Çinə daşınacaq.

"Unikal" Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayevin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı ölkə başçısı müvafiq fərman imzalayıb.

Fərmana əsasən bununla bağlı protokol ratifikasiya edilib.

Qeyd edək ki, protokol 2023-cü ilin iyununda Sankt-Peterburqda qəbul edilib.