Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.




.jpg)














































