Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Pluşenkonun həyat yoldaşı, musiqi prodüseri Yana Rudkovskaya 13 yaşlı oğlu Aleksandrın Azərbaycan pasportu almasından danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına açıqlayıb.

Rudkovskaya oğlunun xain olmadığını bildirib: "Oğlumun Azərbaycan pasportu alması onun kiməsə xəyanət etdiyi anlamına gəlmir. Əslində, oğlum iki ölkəni - təkcə Azərbaycanı deyil, həm də Rusiya fiqurlu konkisürmə məktəbini təmsil edəcək. Bizim “Pluşenko Mələkləri” Akademiyamız beynəlxalq səviyyədədir və 13 ölkədən olan uşaqlar orada məşq edirlər. İdman siyasəti və sərhədləri aşır!"

Mayın 21-də mediada Aleksandr Pluşenkonun idman vətəndaşlığını dəyişdirdiyi barədə məlumatlar yayılıb. Fiqurlu konkisürən Azərbaycanı beş il müddətinə təmsil edəcək.

Ağarza Elçinoğlu