Rusiya silahlı qüvvələri Ukraynadakı hədəflərə kütləvi hücumlar həyata keçirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Kiyev vilayəti, Odessa, Xarkov, Krivoy Roq, Pavloqrad və Dneprdəki hədəflərə zərbələr endirilib. 

Məlumata görə, hücumun ən nəzərəçarpan nəticələrindən biri "Ukrposhta" anbarına dəyən ziyan olub. Şirkətin rəhbəri İqor Smilyanski obyektin qismən dağıldığını bildirib. Sosial mediada paylaşılan görüntülərdə anbar kompleksinə ciddi ziyan dəyib.