"Bu qanun layihəsi ilə platformaların üzərinə məsuliyyət qoyulur”.
"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsində deyib.
Nazir müavini bildirib ki, bu çox mühüm əhəmiyyət daşıyır: “Bu qanun layihəsi qəbul edildikdən sonra problemin həll olunacağını desək, özümüzü aldatmış olarıq. Hətta Avstraliyanın özündə də proses hələ davam edir. 80-ci illərin əvvəllərində tütün məhsullarına tətbiq edilən qadağalar qoyulanda da zamanla bu öz təsirini göstərdi. Bu qanun özlüyündə kafi şərt deyil, amma zəruri şərtdir. Dövlətin atacağı ilkin addımlardan biri idi, qalan məsələlər isə dövlət orqanları, ailələrlə birlikdə həll olunmalıdır”.
Anar Kəlbiyev


















































