AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib.

"Unikal" xəbər verir ki, dövlət və özəl sektor nümayəndələri, ekspertlər və texnologiya şirkətləri təmsilçilərini bir araya gətirən forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.

“AzInTelecom” tədbirdə stendlə çıxış edib. Stenddə iştirakçılara şirkətin təqdim etdiyi rəqəmsal həllər və xidmətlər barədə ətraflı məlumat verilib. 

Panel sessiyaları çərçivəsində şirkətin Kibertəhlükəsizlik şöbəsinin müdiri Elşən İsmayılov “Rəqəmsal transformasiyada kiberçağırışlar” mövzusunda təqdimatla çıxış edərək süni intellekt texnologiyalarının sürətli inkişafının kibertəhlükəsizlik mühitinə göstərdiyi birbaşa təsirlərdən danışıb. O, eyni zamanda “AzInTelecom” tərəfindən yaradılmış supekompüter infrastrukturu, həmçinin şirkətin 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

“AzInTelecom”un tədbirdə iştirakının əsas məqsədi şirkətin rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə fəaliyyət istiqamətlərini təqdim etmək və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir.