“Aylarla, illərlə internetə öyrəşmiş uşağın əlindən onu alanda aqressiya, təşviş pozuntularına, hətta intihar hadisələrinə qədər gətirib çıxara bilər”.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsində deyib. 

“Bəzən eşidirik ki, uşaqlar naməlum səbəbdən intihar edib. Çox vaxt uşağı intihar edən valideynlə söhbət edəndə deyirlər ki, biz heç vaxt hiss etməmişik ki, onda hansısa vəziyyət dəyişib. Yuxu pozuntusundan tutmuş, depressiyaya qədər baş verir. Kompüter oyunları da uşağın psixikasına, intiharına səbəb olur. Cəmiyyətdə yayılmış “Göy balina” oyunu realizə olunmuş intiharların səbəbi olub.

Qeyd edim ki, hər bir qadağa bir reaksiya yaradacaq. Buna görə də, qadağa etdiyimiz halda onlara alternativ tətbiqlər barədə düşünməliyik. Onlar o vaxtını nə ilə dolduracaqlar, bu çox önəmlidir”, - rektor qeyd edib.

Anar Kəlbiyev