"İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olmasına baxmayaraq, ABŞ İrana, o cümlədən hava nəqliyyatına qarşı sanksiyaları tam şəkildə qüvvədə saxlamaq niyyətindədir".

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Bizim sanksiya rejiminə görə qətiyyən üzr istəmək niyyətimiz yoxdur. İran hökuməti terrorizmi dəstəkləmək məqsədilə avadanlığın daşınması üçün öz təyyarələrindən istifadə edib. Bu baxımdan biz sanksiyalar rejimini, o cümlədən İran hökumətinin istifadə etdiyi helikopter və təyyarələrə qarşı sanksiyaları tam şəkildə həyata keçirməyə davam edəcəyik", - o qeyd edib.