Moskva yaxınlığındakı Noginskdə tikiş fabrikində güclü yanğın baş verib. 

"Unikal" xəbər verir ki, yanğın qısa zamanda əraziyə cəlb olunan FHN qüvvələri tərəfindən söndürülüb. 

Yanğın sahəsi 3,6 min kvadratmetr təşkil edib. Ölən və yaralanan barəsində məlumat verilməyib. Fabrikə ciddi ziyan dəyib.