Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-ci illərdə baş verən qanköçürmə qalmaqalına görə Britaniya xalqından üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Britaniya hakimiyyət orqanları 1970-ci illərdə qanköçürmə nəticəsində minlərlə xəstənin HİV və hepatitə yoluxması ilə bağlı 5 illik araşdırmanın nəticələrini əks etdirən hesabat dərc ediblər. Hesabatın müəllifləri hesab edirlər ki, Britaniya hakimiyyəti faciənin miqyasını gizlədib. Məlum olub ki, 1970-1990-cı illər arasında 30 min insan hepatit C və ya HİV-ə yoluxub.
Tədqiqatçılar Britaniya hökumətini günahlandırıblar. Sunak vəziyyəti şərh edərkən bunun heç vaxt olmamalı olduğunu deyib və üzr istəyib.