Xəstəlik və xəsarətlərdən sonra sağalma müddəti hər bir insan üçün fərdi olur. Bunun asılı olduğu amillər: yaş, genetika, həyat tərzi, sosial dəstək səviyyəsidir. Həmçinin, xəstənin əhval-ruhiyyəsinin və düşüncələrinin vacibliyini də sağalma müddətində əsas amillərdən biridir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Langerin laboratoriyasının mütəxəssisləri düşüncələrlə bağlı müşahidəni eksperimental olaraq sınaqdan keçirmək qərarına gəliblər.  

Məlum olub ki, xəstələrin zamanın necə keçdiyini necə qəbul etməsi onların yaralarının sağalma sürətinə təsir edir. Ağıl və bədən birdir və ağıl ümumilikdə rifahı və sağlamlığı idarə edə bilir.

İlk təcrübə hələ 1979-cu ildə aparılıb. Yaşlı kişilər sığınacağa yerləşdirilib. Sığınacaq sakinlərindən gənclik illərində olduğu kimi vaxtlarını keçirmələri istənilib. İnanılmaz dərəcədə, heç bir tibbi manipulyasiya olmadan könüllülər eşitmə, görmə, yaddaş və gücdə yaxşılaşdırıblar. Və nəzərəçarpacaq dərəcədə cavan görünüblər. 

İndi eksperimental olaraq müəyyən edilmişdir ki, yorğunluq gözləməsi insanlarda daha da yorğunluq hissi yaradır və soyuqdəymə qorxusu çox vaxt faktiki xəstəliyə səbəb olur. Fikirlərin sağlamlığa müsbət təsirinə dair misallar da var: əgər insan idmanın onlara müəyyən fayda gətirəcəyini və arıqlamağa kömək edəcəyini gözləyirsə, deməli, o proses baş verir.  

Gülayə Mecid