İngiltərədə aparılan araşdırmaya görə, gənclərin təxminən 40 faizi iqlim dəyişikliyi riskləri səbəbindən gələcəkdə uşaq sahibi olmaqdan qorxur.

Unikal.org xəbər verir ki, "Lancet Planetary Health" jurnalında nəşr edilən araşdırmada gənclərin əksəriyyətinin iqlim dəyişikliyi ilə əlaqədar narahatlıq keçirdiyi qeyd olunub.  

10 000 uşaq və gənc üzərində aparılan araşdırma, respondentlərin dörddə üçündən çoxunun gələcəyin qorxulu olduğunu düşündüyünü və 10 adamdan təxminən 6-nın iqlim dəyişikliyindən son dərəcə narahat olduğunu göstərib.

İştirakçılar Böyük Britaniya, Finlandiya, Fransa, Portuqaliya, ABŞ, Avstraliya, Braziliya, Hindistan, Nigeriya və Filippindən seçilblər. 

Gənclərin yarıdan çoxu gələcəkdə uşaq sahibi olmamasına səbəb kimi, qorxduqlarını, kədərləndiklərini, narahat, gücsüz , köməksiz  və günahkar olduqlarını, 45 faizi isə narahatlıqlarının gündəlik həyatlarına mənfi təsir etdiyini bildirib.  

Bununla yanaşı,  gənclər hökumət orqanlarını  qınayıb. Belə  ki,  onlar  hökumətin gələcək nəsillərə xəyanət etdiyini və insanların vəziyyətini gözardı etdiyini qeyd ediblər. 

Gülayə  Mecid