Beynəlxalq Qadınlar Günü hər il martın 8-də qadın hüquqları hərəkatının mərkəzi nöqtəsi kimi qeyd olunan, gender bərabərliyi, reproduktiv hüquqlar, qadınlara qarşı zorakılıq və sui-istifadə kimi məsələlərə diqqəti cəlb edən qlobal bayramdır. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

"Unikal" bu özəl gündə dünya tarixinin ən uğurlu və həyatları boyu mübarizə apararaq tarixə damğasını vuran qadınları təqdim edir:

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

İndira Qandi

Hindistanın ilk qadın baş naziri.  O vəzifəyə gəldiyi zaman ölkəsinin keçdiyi çətin proseslərlə mübarizə aparmağı bacardı və Hindistanın parçalanmasının qarşısını aldı. İndira Qandi uzun müddət baş nazir vəzifəsində çalışıb. Oksford Universitetini bitirdikdən sonra atasının yanında siyasət öyrənən Qandi atası ilə birlikdə ingilislərin istismarına qarşı mübarizə aparıb. Xarici siyasətdəki uğurlarına görə ikinci seçkilərdə yenidən baş nazir seçilən Qandi 31 oktyabr 1984-cü ildə evinin bağçasında yanındakı iki silahlı mühafizəçisi tərəfindən güllələnib.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Kleopatra

Tarixin ən əhəmiyyətli adlardan biri olan Kleopatra 18 yaşında Misir kraliçası olaraq hakimiyyətə gəlib. Roma imperatoru Sezarla bütün dünyaya hakim olmaq arzusunda olan Misir kraliçası 9 dil bilirdi. Sezarın ölümündən sonra məqsədinə çata bilməyən Kleopatra 39 yaşında dünyasını dəyişib.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Frida Kahlo

1907-ci ildə Meksikada anadan olan Frida Kahlo 47 illik qısa ömründə dünya tarixində silinməz iz qoyub və biz onu təkcə rəssamlıq sənətinin aparıcı siması kimi deyil, həm də dünyaya meydan oxuyan qadın obrazı kimi tanıyırıq. 

Uşaqlıq poliomielitə görə bir ayağından əlil olan Frida bununla mübarizə aparmağı öyrənir, lakin 18 yaşında dəhşətli bir avtobus qəzası keçir və onu sonsuz ağrılar yaşadır. Ana ola bilməyən, sağ ayağı amputasiya edilən və 32 dəfə cərrahiyyə əməliyyatı keçirən Kahlo ömrünün sonuna qədər bədənində davamlı ağrılarla yaşamalı olur. Özünü rəsm sənətinə həsr edən və tez-tez çarpayısının tavanındakı güzgüyə baxaraq avtoportretlərini çəkməyə başlayan Frida "Öz reallığımı çəkirəm" deyir.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Koko Şanel 

Fransız moda dizayneri və "Chanekl" brendinin qurucusu Koko Şanel modaya tamamilə yeni bir perspektiv gətirən mühüm adlardan biridir. Zərif papaqları, tüklü ətəkləri və şişirdilmiş zərifliyi ilə rahatlıq təmin edən dizaynları ilə dünya qadınlarını ruhlandıran Şanel heç bir güzəştə getməyərək, qəti addımlar ataraq adından söz etdirməyi bacarıb.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Doroti Hodqkin

Xolesterin, penisilin, vitamin B12 və insulinin molekulyar strukturlarını kəşf edən Doroti Hodqkin aldığı Nobel mükafatı ilə beynəlxalq arenada uğurunu sübut edib. Dünya qadınlarına ilham verən Hodqkin 35 illik fəaliyyəti nəticəsində insulin strukturunu həll etməyi bacarıb və Florens Naytinqeyldən sonra uğurlu işinə görə hər 60 ildən bir Kral Nailiyyət Mükafatına layiq görülən ikinci qadın olub. 

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Janna Dark

Yüzillik müharibədə ölkəsi Fransanı İngiltərəyə qarşı müdafiə edərək orduya mənəvi dəstək olub. VII. Çarlzın xüsusi icazəsi ilə o, Fransız ordusuna qatılır və ingilislərə qarşı döyüşür. Uğurlu döyüşlərdən sonra o, tutulur və inkvizisiyada mühakimə olunur. Məhkəmə nəticəsində yanaraq öləndə onun cəmi 19 yaşı var idi. Sonralar Fransanın himayədarı elan edilən Janna d'Arkın həyatı ədəbiyyat və kinoda da işıqlandırılıb.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Anne Frank

Yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Maria Curie

Elmlə bağlı çoxsaylı mühüm araşdırmaları ilə dünya qadınlarını ruhlandıran Maria Curie, kimya və fizika üzrə Nobel mükafatına layiq görülən ilk qadın alim kimi tanınır. Uran üzərindəki işləri ilə yeni bir çığır açan Küri həm də radioaktiv elmin banisidir.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Helen Keller

Körpəlikdən kor, kar və lal olan Helen Keller heç vaxt maneələrə boyun əyməyən bir qadın idi. Beş dil bilirdi, velosiped, kanoe və yelkənli qayıq sürməyi, şahmat oynamağı bacarırdı. Pedaqoq, fəal və yazıçı Helen Keller özünü əlilliyi olan insanlara kömək etməyə həsr edib.

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

 

Virciniya Vulf

Bu gün bir çox yazıçının ilham qaynağı olan Virciniya Vulf əsərlərində qadın hüquqları, sinif fərqi, sevgi, evlilik və azadlıq mövzularından istifadə etmişdir. Doğulduğu zaman qadınlar ikinci planda qaldığı üçün heç vaxt məktəbə göndərilməyən Virciniya Vulf özünü təkmilləşdirərək feminizmin öncüllərindən biri və dünyanın ən önəmli yazarlarından biri olub. 

8 Mart Beynəlxalq Qadınlar Günü: Adlarını tarixə yazmış, dünyaya ilham verən güclü qadınlar!

Katrin Switzer

Amerikalı yazıçı və marafonçu Katrin Svitzer Boston marafonunda iştirak edən ilk qadın kimi tarixə düşüb. 1973-cü ildəki marafonda kişilərin qaçmasına mane olmağa çalışdığı fotoşəkili ilə yaddaşlarda yer alıb. 

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Tarixən Azərbaycanlar xanımları mərdliyi, sədaqətliyi və əzmkarlığı ilə diqqət çəkib.

Azərbaycanda ilkə imza atan bir çox xanımlar bu addımları ilə bərabər bəzən əsl Şərq hadisəsinə çevriliblər. Məsələn, ilk təyyarəçi xanım Leyla Məmmədbəyova həm də Şərqin ilk qadın pilotu olub. Yaxud “Gəlin qayası” operasını yazan Şəfiqə Axundova bununla Şərqdə ilk dəfə opera bəstələyən xanım olub.  

İlk qadın nazirimiz -  xarici işlər naziri olan  Tahirə Tahirova olub. O,  həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi. T.Tahirova 1957 -ildə Azərbaycan SSR xarici işlər naziri vəzifəsinə təyin olunsa da, icrasına 1959-cu ildən başlayıb və 1983-cü ildə nazirlikdəki fəaliyyətinə son qoyub. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (3, 5, 7-ci çağırış) deputatı olub. 

İki sahənin naziri olmuş ilk xanım – Bu, ayrı-ayrı vaxtlarda həm xarici işlər,  həm də təhsil naziri olmuş Elmira Qafarovadır. 1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışıb. 1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb, 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalayıb. 1990-cı ilin may ayında Azərbaycan SSR Ali Sovetinin sədri seçilib və 1990-1992-ci illərdə bu vəzifədə çalışıb.

İlk idman ustası olan xanım - Qasımova Sona Əhməd qızı  ilk qadın idmançılarımızdan biri olub. Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi,  respublika  dərəcəli hakim adlarına sahibələnən ilk xanımdır.

İlk xanım qrossmeyster – Bir müddət Azərbaycan Şahmat Federasiyasının prezidenti kimi də çalışan Aynur Sofoyeva 1990-cı ildə beynəlxalq qrossmeyster adını almaqla Azərbaycan idmanı tarixində bir ilkə imza atıb. 

İlk qadın riyaziyyatçı professor – Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olur. 

Azərbaycanın ilk bəstəkar qadını – Ağabacı Rzayeva  həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəliblər.

Azərbaycanın ilk qadın kinorejissoru - Bu, "Molla Nəsrəddin” jurnalının əsas yazarlarından olan Əliqulu  Qəmkusarın qızı Qəmər Salamzadədir.

İlk heykəltəraş qadın - 1929-cu ildə anadan olan şuşalı qız Münəvvər Rzayeva Azərbaycanın ilk qadın heykəltaraşı hesab olunur. “Ayna Sultanova” heykəlinin müəllifidir.