Milli Məclisdə helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

"Unikal" xəbər verir ki, spiker Sahibə Qafarova ağır itki ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.

Anar Kəlbiyev