Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə ödənişli yolun Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ilə birləşməsində qeydə alınıb. 

Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Z.Müslümovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.  

Xanlar Qaraca