Suriyanın birinci xanımı Əsma Əsədə tibbi müayinədən sonra kəskin leykoz diaqnozu qoyulub. 

"Unikal" xəbər verir ki, bu barədə Suriya KİV-ləri məlumat yayıb. 

"Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsmada bir sıra simptomlar və klinik əlamətlər aşkar edildikdən və bir sıra tibbi müayinə və müayinələrdən sonra ona kəskin miyeloid leykemiya diaqnozu qoyulub", - məlumatda deyilir.

Qeyd olunur ki, Suriyanın birinci xanımı sosial məsafəyə riayət edəcək və müvəqqəti olaraq ictimai tədbirlərdə iştirak etməyəcək.