Altay diyarının Kalmanski rayon polisi 11 qızın qətlində şübhəli bilinən 53 yaşlı kişini saxlayıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ağır qətl törətməkdə ittiham olunur. 

İstintaqın məlumatına görə, 1989-cu ildə manyak 17 yaşlı qıza təcavüz edib, daha sonra isə onu boğaraq basdırıb. Bu dəhşətli qətliam 2023-cü ilin mayında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanıb. 

Həmçinin, polis kişinin 1999 və 2000-ci illərdə daha on qətldə əli olduğunu müəyyən edib. Məhkəmə zalında kişi törətdiyi cinayətləri etiraf edib. Araşdırmalar davam  edir.