Londondan uçan Sinqapur Hava Yollarına məxsus sərnişin təyyarəsi Banqkok hava limanına təcili eniş edib. 

"Unikal" xəbər verir ki, bu barədə "İndependent" nəşri məlumat yayıb. 

Boeing 777-300 tipli sərnişin təyyarəsinin qəza enişi nəticəsində bir nəfər ölüb, ən azı 30 nəfər yaralanıb.

Məlumata görə, təyyarə hava boşluğuna düşərək təcili eniş etməli olub. 

Qəza zamanı təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub. 

Ağarza Elçinoğlu