"Rusiya prezidenti Vladimir Putinin helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirakı ilə bağlı heç bir söhbət yoxdur".

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, jurnalistlərin Putinin Rəisinin dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı sualına belə cavab verib: “Bildiyim qədər, beynəlxalq iştirak üçün heç bir şərt yoxdur” .

Bundan əvvəl Təbrizdə Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vida mərasimi başa çatıb. İran prezidentinin dəfn mərasimi mayın 23-də olacaq.

Mayın 19-da Rəisini daşıyan helikopter ölkənin şimal-qərbində sərt eniş edib. Hadisəyə səbəb duman olub. 

Prezidentin idarə heyətini daha iki helikopter müşayiət edib. Rəisi ilə birlikdə Şərqi Azərbaycanın qubernatoru Malek Rahmati, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ayətullah Əli Ale Haşim də olub. Qəzada sağ çıxan olmayıb.

Gülayə Mecid