"Biz yeni sərhədlər çəkə bilmərik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-prezidenti Ruben Rubinyan deyib. 

Deputatın sözlərinə görə, yeni sərhədlər çəkməyə ehtiyac yoxdur: "Yeni sərhəd Sovet İttifaqının dağılması zamanı köhnə sərhədlə eynidir. Biz sərhədi yenidən yaradırıq deyəndə, demarkasiya prosesində sovet respublikaları arasında mövcud inzibati sərhədləri bərpa etdiyimizi nəzərdə tuturuq". 

Rubinyan bildirib ki, demarkasiyanın əsasını 1976-cı il GSH xəritəsi təşkil edir: "Bu da öz növbəsində 1969-cu il sərhədinə əsaslanır. 1988-ci ilin sənədləri deyəndə belə bir təəssürat yaranır ki, bizim üçün daha əlverişli olan hansısa yeni, fərqli xəritə var. Bu, belə deyil. Son sovet dövrünün xəritələri arasında elə də böyük fərqlər yoxdur".

Ağarza Elçinoğlu