Niderland öz vətəndaşlarının başqa ölkələrdən uşaqları övladlığa götürməsinə icazə verməyəcək.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu qərar artıq başlanmış övladlığa götürmə prosedurlarına şamil edilməyəcək. 

Son 50 ildə niderlandlı valideynlər 80 ölkədən 40 minə yaxın uşağı övladlığa götürüblər.

Niderland hökuməti artıq 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər beynəlxalq övladlığa götürmələrə iki illik moratorium qoyub.