Fransa Avropa qitəsinin ən təhlükəli ölkələri arasında birinci yerdədir.

"Unikal" xəbər verir ki, bu statistikanı Fransanın "Ədliyyə İnstitutu" beyin mərkəzinin direktoru Pyer-Mari Sev təqdim edib.

Beləliklə, məlumatlara əsasən, bu gün Fransada cinayət indeksi 55,3 faiz təşkil edir.

"Bir ölkənin reytinqi nə qədər yüksəkdirsə, sakinləri onu bir o qədər təhlükəli hesab edir. Bu, ölkənin təhlükəsizliyi və xüsusən də sakinlərin öz ölkələrində təhlükəsizliyi necə qəbul etdikləri barədə dolğun təsəvvür yaradır", - direktor qeyd edib.