Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şəhidlər Xiyabanı ərazisində baş verib.

Belə ki, “VAZ-2106" markalı minik avtomobili 35-40 yaşlı qadını vurub.

Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.