Meksikanın San-Pedro şəhərinin merliyinə namizəd Lorenia Kannavatinin seçki mitinqində səhnənin bir hissəsinin uçması nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə  "Vətəndaş Hərəkatı"ndan ölkə prezidenti postuna namizəd Xorxe Alvares Maines məlumat yayıb.

Onun sözlərinə görə, ölənlər arasında azyaşlı da var. Siyasətçi əmin edib ki, ölən və yaralananların ailələri hakimiyyətdən kömək alacaqlar.

***08:51

Meksikanın San-Pedro şəhərində "Vətəndaş Hərəkatı" partiyasının mitinqi zamanı səhnə uçub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb,  çoxlu sayda insan yaralıb.

Gülayə Mecid