Rusiya müxalifətinin liderləri aclıq aksiyasına qoşuldu
04:21 11-04-2012
CƏMİYYƏT
Rusiya müxalifətinin liderləri aclıq aksiyasına qoşuldu
22 nəfər Həştərxan meri seçkisinin nəticəsinə etiraz edir
Rusiya müxalifətinin liderlərindən olan Serqey Udaltsov Həştərxan şəhərində aclıq aksiyasına başlayıb. Artıq ikinci gündür aclıq edən Udaltsovun yanında əvvəl 6 nəfər olsa da, indi ona dəstək olanların sayı 22 nəfərdir.
Həştərxan şəhərində mer seçkisinin nəticələrinə etiraz etmək məqsədilə aclıq aksiyası keçirənlər yalnız su içirlər. Bəzi etirazçılar 12 kiloqrama qədər çəki itiriblər. Səhiyyə işçiləri isə aclıq aksiyasının onların sağlamlığı üçün ciddi təhlükə törətdiyinə dair xəbərdarlıq edirlər.
Aclıq aksiyasını Həştərxan meri seçkisində məğlub olmuş Oleq Şein başladıb. Şeinin tərəfdarları əslində "Vahid Rusiya" partiyasının üzvü Mixail Stolyarovun deyil, Oleq Şeinin mer seçildiyini iddia edir və tezliklə ədalətin bərpa edilməsini tələb edirlər.
Daha bir müxalifət lideri Serqey Mironov Həştərxanda aclıq edənlərin məsələsini bir həftəyə Rusiyanın baş naziri Vladimir Putinin qarşısına qoyacağını deyib.
Digər Xəbərlər
2024-12-25 12:05:53
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00