Cəlilabad rayonunun Günəşli kəndində bədbəxt hadisə baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, Muğan bürosunun məlumatına görə, 2013-cü il təvəllüdlü Niftiyeva Zəhra Saleh qızı elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.