Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyev Şəmkir su anbarında batıb.

Bu barədə "Unikal" Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Onun Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunur.

Hazırda Z.Baxşəliyevin axtarışları aparılır.