Meksikanın Tabasko ştatının Komalkalko şəhərinin sakinləri başı kəsilmiş iki insan meyiti tapıblar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polisə insan qalıqları barədə məlumat daxil olub. Hadisə yerinə gedən təhlükəsizlik qüvvələri başı kəsilmiş kişi meyitin üzərində çanta və məktub tapıblar. Hadisənin bu yaxınlarda 12 yaşlı uşağın qətlindən sonra törədilməsi diqqət çəkib. 

Meyitlərin yanında 12 yaşı Dante Emiliano adlı uşağın ölümünə işarə edən təhdid mesajı olan məktub tapılıb. Qeyddə "Pescuezo" ləqəbinə istinad edərək bu ifadələr yer alıb:

"Günahsız insanları öldürməyə davam etsəniz, bu sizin də başınıza gələcək. Günahsızları öldürməyi dayandırın".

Yaxınlıqda tapılan bir digər meyitin üzərindəki məktubda isə:

"Qubernator, biz qanuna hörmət edirik, amma qanun cinayətkar kimi yanaşırsa, ona da işgəncə veriləcək”, - ifadələri əksini tapıb.

Zərifə Nağıyeva