ABŞ və digər Qərb ölkələrindən Kiyevə verilən silahlar artıq Rusiya ərazisindəki mülki hədəflərə zərbələr endirir. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Amerika silahları artıq döyüş zonasından kənarda müxtəlif hədəflərə qarşı istifadə olunur. Amerika və digər Qərb silahları Rusiya Federasiyası ərazisindəki hədəflərə, ilk növbədə, mülki infrastruktura və yaşayış məntəqələrinə zərbələr endirir", - nazir vurğulayıb.

Ağarza Elçinoğlu