Cənubi Qafqazdakı vəziyyət diqqət tələb edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının Elmi Ekspert Şurasının MDB Məsələləri Komitəsinin iclasında bildirilib.
İclasda Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
Komitə iclasını açan Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Cənubi Qafqazdakı mövcud vəziyyətin diqqət tələb etdiyini və regional problemlərin həlli üçün regional həll yollarının tapılmalı və tətbiq edilməli olduğunu vurğulayıb.
MGIMO Universitetinin rektoru Anatoli Torkunovun sədrliyi ilə keçirilən iclasda Komitə üzvləri qlobal geosiyasi proseslərin artan gərginliyi nəzərə alınmaqla, Cənubi Qafqaz respublikaları ilə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını təhlil ediblər.













































.jpeg)







