İyunun 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü ilə Qarabağa səfər təşkil olunub.
"Unikal" xəbər verir ki, səfərdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri, fəal gənclər və könüllülər iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidində, Ağdam Şəhidlər Xiyabanında, Əsgəran qalasında, Şuşa Bayraq Meydanında, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında, Yuxarı Gövhər Ağa məscidində, Şuşa qalasında, Cıdır düzündə, Qarabağ Universitetində, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin inzibati binasında, Qarabağ stadionunda və Zəfər parkında olublar.
Səfər çərçivəsində iştirakçılara işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, sosial-iqtisadi, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

















































.jpeg)



