ABŞ sanksiyaları altında olan hind dənizçilərini daşıyan gəmiyə Oman sahillərində hücum edilib.
"Unikal" bu barədə xarici mediaya istinadla xəbər verir.
Hindistanın İrəli Dənizçiləri Birliyinin açıqlamasında qeyd olunub ki, gəmidə olan 24 hind dənizçisinin çətin vəziyyətdədir.
Motor Tanker Marivex gəmisi dekabr ayında İrana qarşı sanksiyalarla əlaqədar olaraq ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına əlavə edilib.
Gəmidən göndərilən təcili yardım siqnalının transkriptində heyət ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu adlandırdıqları hadisədən sonra gəmidə yanğın baş verdiyini bildiriblər.
"Gəmidə yanğın var, gəmi batır. ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində raket mühərrik otağına dəyib", - qəza siqnalının transkriptində qeyd olunub.










































.jpeg)









