Ağdaşda 63 yaşlı kişinin nəşi su kanalında tapılıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Gündüz Mustafayev su kanalında ölü vəziyyətdə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.