İran hökuməti daxili mülki aviasiya uçuşlarına əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin tamamilə aradan qaldırıldığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının sözçüsü Əbuzər Şirudi bildirib.
"Təhlükəsiz şəraitin yaradılması və bütün zəruri tədbirlərin müvafiq qurumlarla əlaqələndirilməsi sayəsində uçuş məhdudiyyətləri aradan qaldırılıb. Ölkə daxilində hava nəqliyyatı cədvələ uyğun olaraq normal fəaliyyətə qayıdır", - deyə o qeyd edib.























































