Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Preferential Ticarət Sazişində dəyişiklik edilməsi haqqında” protokolu təsdiqləyib.

"Unikal" xəbər verir ki, müvafiq qərarı Türkiyə lideri imzalayıb.

Sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Həmin ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin may ayında yenilənmiş Güzəştli Ticarət Sazişinə daxil olan məhsulların adları açıqlanıb.

Güzəştli Ticarət Sazişi bir sıra məhsullarımızın güzəştli şərtlərlə - idxal rüsumları ödənilmədən Türkiyəyə ixracına imkan verir.