Qarabağ separatçıları Ermənistanda həbs olunub.

"Unikal" xəbər verir ki, Xankəndi və Əsgəranın keçmiş qondarma "merləri" David Sarkisyan və Ayk Şamiryan polislər tərəfindən İrəvanda saxlanılıb. 

Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.

 ***11:14

Özünü “Martakert meri” adlandıran keçmiş separatçı Mişa Qyurcyan həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan öz "Facebook" səhifəsində yazıb.  

Ruben Melikyan qeyd edib ki, Qyurcyan dələduzluqda şübhəli bilinərək həbs edilib, lakin burada siyasi motivlər var.