Qonşuların olması gözəldir. Təsəvvür edin ki, bütün dostlarınız və şəhər əhalisinin əksəriyyəti ilə bir dam altında yaşayırsınız. Yerli poçt şöbəsi, ərzaq mağazası və polis idarəsi bir addım qədər yaxınlıqdadır.

"Unikal" ABŞ-nin Alyaska ştatının qərbində yerləşən Prince William Sound şəhəri barədə məlumatı təqdim edir: 

Prince William Sound dağların arasında sıxışmış sakit bir şəhərdir. Amma eşidənləri şoka salan bir xüsusiyyəti var. Bu qəsəbədə hamı eyni binada yaşayır. 

 Whitter şəhəri Alyaskanın cənubunda yerləşir. Şəhər olduqca kiçikdir, ona görə də ümumi əhali cəmi 217 nəfərdir. Şəhərə giriş yalnız qayıqla və ya birtərəfli tunellə mümkündür. 

Bu kasabanın 217 sakini var ve hepsi aynı binada yaşıyor

Bu şəhəri həqiqətən fərqli edən onun nəqliyyatı və əhalisi deyil. Whittier-in 200-dən çox sakininin əksəriyyəti 14 mərtəbəli "Begich Towers Incorporated" adlı binada yaşayır.

 1950-ci illərin sonunda ABŞ ordusunun kazarmaları kimi tikilmiş şaftalı rəngli yaşayış binasının özünün poçt şöbəsi, kitabxanası, ərzaq mağazası və məktəbə aparan yeraltı tuneli var.

Şəhər sakinləri soyuq gündə yay paltarı geyinərək işə gedə bilirlər, çünki işləri artıq mənzilin içərisindədir. Övladlarını məktəbə buraxmaq istəyən valideynlər sadəcə zirzəmiyə enməlidirlər.

Tek apartmandan oluşan şehir: Whitter Kasabası

Kilsədən tutmuş polis bölməsinə qədər hər şeyi ehtiva edən "Begich Tower" mühafizə məqsədi ilə tikilib. Sibirə yaxın olan bu bölgə əvvəllər Sovet İttifaqının nəzarətində idi.   

Tikintisinə 1950-ci ildə başlanan bina 1957-ci ildə başa çatdırılıb.  Bölgədə hərbi polislərin yerləşdirilməsi üçün inşa edilən struktur sərt iqlim şəraitinə qarşı da gücləndirilib. Hərbi personalın bütün ehtiyaclarını ödəyə bilən elementlər də daxil edilib.