"2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ 104 milyard dollar ziyana səbəb oldu".

"Unikal" xəbər verir ki, bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də Xarici İqtisadi Əlaqələr Şurasının iclasında çıxışı zamanı bildirib. 

"Ümumilikdə 11 əyalətə və 14 milyon insana dəyən zəlzələdən iqtisadiyyatımıza 104 milyard dollar dəyərində ziyan vurub, təkcə evlər deyil, istehsalat obyektləri də dağılıb".

Təbii fəlakət nəticəsində ölkənin cənub-şərqində müəssisələr bağlanıb, ticarət mərkəzləri və digər infrastruktur dağıdılıb. Ərdoğanın sözlərinə görə, 850 obyektə ziyan dəyib, nəticədə 170 min iş yeri itirilib.

Ərdoğan əlavə edib ki, heç bir, hətta ən inkişaf etmiş iqtisadiyyat belə böyük bir hadisənin öhdəsindən problemsiz gələ bilməz.

Türkiyə lideri həmçinin bildirib ki, təbii fəlakət ümumilikdə 53 mindən çox insanın həyatına son qoyub.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Onlar ölkənin 11 əyalətinə və bir neçə qonşu dövlətə təsir edib ki, bunlardan da Suriya ən çox zərər çəkib.