Türkiyənin İstanbul şəhərində (Küçükçekmece rayonu) naməlum şəxslər ofislərdən birinə partlayıcı yerləşdirib və nəticədə partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə  “Milliyet” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, motosikletlə gələn naməlum maskalı şəxslər ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və tələsik qaçıblar. Ofisdə yanğın başlayıb və binaya böyük ziyan dəyib.

"Hadisə yerində yanğınsöndürənlər, həkimlər və xilasedicilər işləyir", - materialda aydınlıq gətirilir.