Mingəçevir şəhərində çayxanada düşən mübahisə qanla bitib.

"Unikal"ın məlumatına görə, mübahisə zəmnində 1982-ci il təvəllüdlü Təhmasib Məmmədov kürək nayihəsindən bıçaqlanıb. Yaralı kişi xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımızın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən C.Səmədli saxlanılıb, müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır.

Ehtiram Muradov