ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evin indiki sakini Co Baydenin daha dörd ilinin ölkənin dağılmasına səbəb ola biləcəyinə əminliyini ifadə edib.
"Unikal" xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən Libertarların Milli Konvensiyasında bildirib.
“Mənə səs verməlisiniz, çünki biz ölkəmizin tarixindəki ən pis prezidentdən qurtulmalıyıq. Biz birlikdə bunu edə bilərik. Əks halda, daha dörd ildən sonra ölkəsiz qalmaq riskimiz var”, - deyə siyasətçi deyib.
Tramp həmçinin bildirib ki, hazırkı Amerika lideri demokratiya üçün təhlükə yaradır.